Kimlər koronavirusa ikinci dəfə ağır yoluxa bilər? - Azərbaycanlı professor açıqladı

ÖLKƏ
21:25 / 31.08.2020
1022

Xəbər verdiyimiz kimi ABŞ-ın Nevada ştatında COVID-19-a yoluxaraq sağalan şəxsin ikinci dəfə virusa yoluxduğu aşkar edilib.

Bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Bildirilir ki, bu dünyada artıq 4-cü belə haldır.

Maraqlıdır, hansı xəstəlikdən əziyyət çəkən insanlar üçün ikinci dəfə virusa yoluxma riskli ola bilər?

Bununla bağlıazərbaycanlı professor Adil Qeybulla danışıb:

"Məsələ burasındadır ki, koronavirusa qarşı yaranmış immunitet qısamüddətli olduğundan təkrar yoluxma riski qalır. İkinci infeksiya hansı ştamının bədəndə olmasından, xəstəliyin nə dərəcədə ağır keçirilməsindən, orqanizmin nə dərəcədə təlatümlərə məruz qalmasından asılı olaraq müxtəlif cür təzahür edə bilər.

Bu ilk gündən bədənə nə qədər virus titrinin daxil olmasından, eyni zamanda virusun ştamının aqressivliyindən də asılıdır. Çünki, mutasiya prosesində virus getdikcə zəifləyir, bəzən də virusun öldürücü mutasyon formaları əmələ gəlir.

Virus getdikcə zəiflədiyinə görə orqanizmdə güclü dəyişikliklər yoxdursa, proses yüngül gedə bilər. Əksinə, birinci infeksiya dövründə güclü dəyişikliklər gedibsə proses ağır keçə bilər. Bu situasiyadan asılıdır.

Xəstələrin kamorbid vəziyyəti, yəni yanaşı ağır xəstəliyi ola bilər. Bu ikinci xəstələnmənin gedişinə təsir edir.

Virus mutasiya etdikcə zəifləyir, amma ağressiv- öldürücü mutasiyon formaları yaranır".

 

0
Sonxeber.az