Bakıda Nazirlik binasının yanında ağaclar məhv edilib? - FOTO/VİDEO

ÖLKƏ
13:57 / 31.08.2020
959

Bakının mərkəzində irigövdəli ağaclar kəsilib.

Bu barədə Oxu.Az-ın redaksiyasına oxucular tərəfindən məlumat göndərilib.

Maraqlısı odur ki, sözügedən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə Dövlət Gömrük Komitəsinin (DGK) inzibati binalarının arasında yerləşirdi.

Ağacların hansı məqsədlə ərazidən çıxarıldığı bilinmir.

Sözügedən məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova redaksiyamıza açıqlamasında ərazidən 5 sərv ağacının köçürüldüyünü bildirib:

"Dövlət Gömrük Komitəsinin inzibati binasının tikintisi ilə bağlı tikinti altına düşən 5 sərv ağacının köçürülməsinə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəy verilib. Ağaclar kök torpağı ilə birlikdə çıxarılıb və digər münbit əraziyə köçürülüb"

 

1