Salyan icra hakimiyyəti yarım milyonluq müqavilə bağladı 

İQTİSADİYYAT
13:22 / 31.08.2020
1496

Salyan Rayon İcra Hakimiyyəti “Dizayn İnşaat Group” MMC ilə maliyyə dəyəri 597 006.91 AZN olan satınalma müqaviləsi imzalayıb. 

Şirkət bu məbləğə yolların əsaslı təmirini həyata keçirməlidir. 

Azərbaycanda dövlət satınalamlarında ciddi maxinasiyalarn, korrupsiya əməliyyatlarının həyata keçirilməsi barədə mətbuatda vaxtaşırı yazılır. Təsadüfi deyil ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində keçirdiyi xüsusi əməliyyat zamanı qurumun Tender Komissiyasının sədri də Fərhad Mollazadə də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. 

DTX-nın yaydığı videogörüntülərdə F.Molla-zadənin istintaqa ifadəsindən bir parça yer alıb. Həmin ifadədə o, tenderlər vasitəsilə korrupsiyaya yol verdiklərini etiraf edir və buna görə peşman olduğunu söyləyir.

Lakin bu, təkcə XİN-də belə deyil. Digər dövlət qurumlarında oxşar halla mövcuddur. Elə Salyan İcra Hakimiyyəti ilə “Dizayn İnaşaat Group” MMC arasında bağlanan müqavilə ilə bağlı da müəyyən şübhələr var. Məsələ burasındadır ki, “Dizayn İnşaat Group” MMC yeni yaranan şirkətdir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən MMC 7 oktyabr 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Bakı Ət kombinatı, ev 11, mənzil 14-də yerləşir. MMC-nin qanuni təmsilçisi Osman Vüsal Ağaməcid oğludur. 

Yeni yarandığına görə şirkət və onun sahibi barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Yaranmasından bir il ötməmiş 10 manatlıq şirkət olan “Dizayn İnşaat Group” MMC-nin yarım milyonluq tenderi udmasına şübhə ilə yanaşmamaq mümkün deyil.

0
yenisabah.az