"Biz təşkilat olaraq hələ 7 il öncə bunu elan etmişdik”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli icra hakimiyyətlərinin ləğvindən danışarkən deyib. Onun sözlərinə görə, icra hakimiyyətlərinin ləvg edilməsi ilə bağlı məsələ 2013-cü ilin sentyabr ayında təqdim edilən proqram sənədlərində yer alıb:
"Biz bu məsələni 7 il öncə qaldırmışıq. Yerli icra hakimiyyətlərinin ləgv edilməsi yerli özünüidarəetmənin gücləndirilməsi, ölkənin indiki rayonlara bölgü modelindən imtina edib, 12-15 böyük iqtisadi zonanın yaradılması, böyük rayonların birləşdirərək El və yaxud da İqtisadi rayon adlandırlması, prezidentin bir başa nümayəndəsinin həmin o böyük birləşdirilmiş regionlara təyin edilməsi, yerli özünüidarəetmənin isə rayonların özündə tətbiq olunması və onların səlahiyyət bölgüsü məsələsidir. Bu, konstitsion islahatlardır. Yeni konstitusiyanın yazılması və yaxud da indiki konstitusiyanın bu hissələrinin dəyişdilməsinin vacibliyini özündə birləşdirir. Biz təşkilat olaraq hələ 7 il öncə bunu elan etmişdik. Həmin təkliflərin detalları haqqında 28 səhifəlik böyük sənəd hazırladıq. Bu gün də israrla həmin təkliflərin üzərində dururuq”.
Natiq Cəfərli bildirib ki, ölkədə iqtisadi islahatların sürətlənməsi, ümumiyyətlə, iqtisadiyyatın dəyişdirilməsi, irəli getməsi üçün iqtisadi sahələrdə addımların atılması yetərli deyil:
"Artıq idarəetmədə olan problemlərin aradan qaldırılması, hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində, yerli özünüidarəetmədə islahatlar və s. - bütün bunlar parallel aparılmasa, iqtisadiyyatda aparılan islahatların effekti olmayacaq”.
Bahar Rüstəmli