Nazirliyin 3 maşını ucuz qiymətə satışa çıxarılır – SİYAHI

20:14 / 31.08.2020
1415

Azərbaycanda 29 sentyabr tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Banker.az xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələri dövlət orqanlarına məxsusdur.

1-2-ci sətirdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının balansında olan nəqliyyat nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

3-cü sətirdə “Zabrat Maşınqayırma Zavodu” ASC-nin balansında olan nəqliyyat nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

4-6-cı sətirdə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin balansında olan nəqliyyat nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.

7-ci sətirdə Kürdəmir Rayon icra Hakimiyyətinin balansında olan nəqliyyat nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

8-ci sətirdə Azərbaycan Respublikası Ali Məhkəmənin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

9-cu sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır

10-cu sətirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin balansında olan nəqliyyat nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır

11-12-ci sətirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin balansında olan nəqliyyat vasitələrinin 10 dekabr 2019-cu il tarixli hərracının nəticəsi ləğv olunduğu üçün təkrar hərraca çıxarılır.

13-cü sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin balansında olan nəqliyyat vasitəsinin 03 mart 2020-ci il tarixli hərracının nəticəsi ləğv olunduğu üçün təkrar hərraca çıxarılır.

0