Rezidenturanın II mərhələsi üçün qeydiyyat başlayır

ÖLKƏ
18:26 / 01.09.2020
944

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlayır.

Dövlət İmtahan Mərkəzindən HİT.Az-a verilən məlumata görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün sentyabrın 1-dən 7-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının sentyabrın 18-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, pandemiya şəraiti və ölkədə olan sanitar-epidemioloji vəziyyətdən asılı olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri əsasında imtahanın keçirilmə tarixində dəyişiklik edilə bilər.

0