Evində nişan mərasimi keçirən vəzifəli şəxsə TÖHMƏT VERİLDİ

ÖLKƏ
15:42 / 01.09.2020
1329

Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarını pozaraq ev şəraitində 19 nəfərdən ibarət yığıncaq təşkil edib. 

HİT.Az-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. 

Bildirilib ki, qeyd edilənlər nəzərə alınaraq, Təhsil nazirinin müvafiq əmri ilə Mətanət Misirxanovaya töhmət verilib.

0