Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi dünyasını dəyişib.
HİT.Az unikal.org-a istinadla xəbər verir ki, Nazirliyin Maliyyə İdarəsinin rəisi, polkovnik Rövşən Əliyev vəfat edib.
O, bir müddət Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alsa da, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.