Ermənistanın sərhədyanı kəndlərinin camaatı öz evlərini yandıraraq əraziləri tərk edirlər

SİYASƏT
18:40 / 02.09.2020
26519

Sentyabrın 1-də qondarma Dağlıq Qarabağ respublikasının ərazisində güclü yanğın baş verib.

Hit.Az xəbər verir ki, bununla bağlı Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən artsakh.news saytında məlumat verilib. Belə ki, naməlum şəxs tərəfindən 7 fərdi ev, 3 mənzil və dəyirman yandırılıb.

Qondarma Dağlıq Qarabağ respublikasının İstintaq Komitəsinin rəsmi açıqlamasında deyilir ki, naməlum şəxs tərəfindən Ağdərə (Martakert) rayonunun Talış kəndində yerləşən N.A, B.S, Q.O, A.A, V.A, N.S və Z.D-ya məxsus fərdi yaşayış evlərinə və 3 mənzilə, habelə icmanın un dəyirmanına qəsdən od vuraraq yandırılıb.

Törədilmiş cinayət nəticəsində evlərin əksəriyyəti tamamilə məhv olub.

Hadisə zamanı fiziki və hüquqi şəxslərə xüsusilə böyük maddi ziyan vurulduğu bildirilir.

Baş vermiş cinayət işi ilə əlaqədar olaraq, qondarma Dağlıq Qarabağ respublikasının cinayət məcəlləsinin 191-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndi ilə cinayət işinin istintaqı davam etdirilir.

Cinayət törətmiş şəxsin tapılması istiqamətində təxirəsalınmaz istintaq tədbirləri aparıldığı da qeyd olunur.

Bildiyiniz kimi, Tovuz istiqamətində iyul ayında növbəti erməni təxribatı baş vermişdi.

Təxribatın onu törədən Ermənistana baha başa gəlməsi də sirr deyil.

Ənənəvi müharibələrin əsas məqsədi ərazinin ələ keçirilməsi və saxlanılması idisə, hazırkı müharibənin əsas məqsədini daha çox informasiya məkanında, yerli əhali arasında arzuolunan effektin əldə edilməsi və vətəndaşlarda döyüş ruhunun artırılması kimi məsələlər təşkil edir.

Tovuz hadisələri onu göstərdi ki, sərhədyanı ərazilərdə yaşayan ermənilər öz evlərini kütləvi şəkildə tərk edərək, işğal olunmuş əraziləri təcili şəkildə boşaldırlar. Yerli əhalinin sərhədyanı ərazilərdən qaçdığını görən qondarma rejim bunun qarşısını almaq üçün onlara təzyiqlər göstərərək, öz evlərini tərk etmələrinin qarşısını almaq istədi.

Nəticə göz qabağındadır. Qaçaraq sağ qalmağı seçən əhali evlərini yandırıb külə döndərərək üzlərini Ermənistan tərəfə çevirdilər.

İqtisadi cəhətdən zəif olan qondarma respublikanın gücü ərazidə pərakəndə şəkildə səpələnən, bir-birindən uzaq yerləşən və yarıboş olan kəndlərin camaatını saxlamağa artıq bəs etmir.

Qarşıdan gələn qış və Azərbaycanda olan döyüş ruhu ermənilərə başqa seçim vermir. Əlbəttə, işğalçılığın sonu işğal etdiyin ərazilərin istər sülh, istərsə də müharibə ilə boşaldılmasıdır.

Azərbaycanın düşmən ölkəyə artıq heç bir güzəşt limiti yoxdur.

2