Aparıcı Zaur Kamal fəaliyyətini Xəzər televiziyasında davam etdirəcək.
Bu barədə 5/5 verilişinin prodüseri Əhməd məlumat verib.
Onun sözlərinə görə, Zaur Kamal Dalğa TV-də yox, Xəzər TV-də veriliş aparacaq: “Yeni layihə üzərində işləyirik. Zaur Kamal yeni mövsümdə efirə çıxacaq. Amma verilişin adı və formatı haqda açıqlama verə bilmərik”.
Xatırladaq ki, Zaur Kamalın Dalğa TV-də fəaliyyət göstərəcəyi haqda xəbər yayılmışdı.
Qeyd edək ki, Zaur Kamal Xəzər TV-də yayımlanan “5/5” və “Ay Zaur” verilişinin aparıcısı olub.
Pravda.az