Ukraynanın paytaxtı Kiyevdə bir müddət əvvəl silahlı hücuma məruz qalan Azərbaycan vətəndaşları Nicat Kərimov və Azər Abbasov ölkədən deportasiya olunublar.
HİT.Az bildirir ki, Kiyev şəhər Peçerskiy rayon polisindən Report-a verilən məlumata görə, polis tərəfindən saxlanıldıqdan sonra istintaqın rəyi əsasında hər iki şəxs barəsində məhkəmə tərəfindən Azərbaycana deportasiya olunma qərarı verilib.
Deportasiyaya səbəb kimi xuliqanlıq və hüquq-mühafizə orqanlarına fərqli ifadələr verməklə istintaqın gedişini yayındırmaq göstərilib.
Xatırladaq ki, iyulun 24-də gecə Kiyev şəhərində iki azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində yaralanmışdı. Şahidlərin ilkin ifadəsinə görə, hadisəni törədən Ermənistan nömrəsi olan avtomobildə olan şəxslər olmuşdu.