İxtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər ixtisas seçimi edə bilər.
HİT.Az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov paylaşım edib.
Abituriyentlər qeyd olunan ixtisaslar üzrə seçim edə biləcək:
I ixtisas qrupu üzrə:
1. Meliorasiya mühəndisliyi;
2. Texnologiya müəllimliyi;
3. Ekologiya mühəndisliyi.
4. Aqronomluq; Balıqçılıq;
5. Meşəçilik;
6. Şərabçılıq;
7. Torpaqşünaslıq və aqrokimya;
8. Yerquruluşu və daşınmaz əmlakın kadastrı;
9. Zoomühəndislik.
II ixtisas qrupu üzrə:
1. Marketinq;
2. Biznesin idarə edilməsi;
3. Regionşünaslıq (regionlar üzrə);
4. Turizm bələdçiliyi;
5. Turizm işinin təşkili.
III ixtisas qrupu üzrə:
1. Muzey, arxiv işi və abidələrin qorunması;
2. Sosial iş.
IV ixtisas qrupu üzrə:
1. Ekologiya
2. Bağçılıq və tərəvəzçilik;
3. Baytarlıq təbabəti;
4. Bitki mühafizəsi;
5. Su bioehtiyatları və akvakultura.