Xarici İşlər Nazirliyi heç bir iradə əks etdirməyən bəyanatlar yayır.
Bu barədə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı açıqlama verib: "Mayın 21-də qondarma rejim Dağlıq Qarabağda keçirdikləri seçki şousunun "andiçmə" mərasimini keçirəcək. Son günlər Dağlıq Qarabağ ətrafında ermənilər bir xeyli siyasi işlər görür. ABŞ-da 4 senatın bəyanatı, seçki şousu və s. Xarici İşlər Nazirliyi nə edir? Heç bir ciddi iradə əks etdirməyən bəyanatlar yayır. ABŞ-da 4 senatın bəyanatından sonra XİN ABŞ-ın Azərbaycandakı səfirliyini çağırmalı və ciddi bir nota verməli idi.
1992-ci ildən ATƏT-in MİNSK qrupuna Xarici İşlər Nazirliyinin hansı bir təpkisini görmüsünüz? Heç bir.
Xarici işlər naziri Elmar Məmmədyarov istefa mədəniyyətindən istifadə etməlidir. Bu fəaliyyətlə heç nə əldə etmək olmaz. Mən bir daha Elmar Məmmədyarovu istefa verməyə çağırıram.