Gözətçini öldürən klinika sahibinin oğlu ilə bağlı – Yeni xəbər

ÖLKƏ
09:30 / 19.05.2020
1002

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Həsən Rəhimlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsindən verilən məlumata görə, məhkəmənin hazırlıq iclası iyunun 1-nə təyin edilib.

İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.

İttihama görə, bu ilin yanvarın 1-də Nərimanov rayonu ərazisində “Aristokrat” tibb mərkəzində gözətçi vəzifəsində işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə polisə məlumat daxil olub.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini, "Aristokrat" klinikanın sahibinin oğlu, 31 yaşlı Həsən Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Həsən Rəhimli tutulub.

İstintaq orqanı tərəfindən Həsən Rəhimlinin barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

0
Teleqraf.com