Azərbaycanda yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlərin sayı artırılır.
HİT.Az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.
Layihəyə əsasən, energetik içkilərin və tütün məmulatlarının istehsalı, daşınması, satışı və saxlanılması ilə bağlı işlər daxil edilir.