Mehdiyevin Məmmədova verdiyi binanın söküntüsü dayandı - VİDEO

ÖLKƏ
18:12 / 07.09.2020
1274

Bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun diktəsi ilə verilən Nərimanov rayonu ərazisindəki beşmərtəbəli evin söküntüsü dayandırılıb.

Axar.az-ın hadisə yerində olan əməkdaşına ərazidə yaşayan sakinlər bildiriblər ki, söküntü işləri sentyabrın 5-də başlanılıb.

Binada yaşayanlar qeyd edib ki, əvvəlcə Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları onlara binanı boşaltmaqla bağlı xəbərdarlıq ediblər. Daha sonra isə söküntüyə başlanılıb. Qısa bir müddət sonra isə söküntü dayandırılıb.

Qeyd edək ki, söküntünün dayanmasına səbəb kimi məhkəmə qərarının olmaması göstərilib.

Nərimanov Rayon Məhkəməsindən isə saytımıza məhkəmə qərarının olduğu və icraya yönəldildiyi bildirilsə də, icra şöbəsi məsələyə aydınlıq gətirməkdən imtina etdi.

0
Axar.az