Sovet İttifaqı Azərbaycanın haqqını necə yeyirdi? – STATİSTİKA

ÖLKƏ
17:46 / 07.09.2020
893

Sovet İttifaqının mövcud olduğu 70 il ərzində sosializm çətiri altında birləşən 15 müttəfiq respublika fərqli yaşam səviyyəsinə malik olub.

Müttəfiq respublikaların bəzisində yaşayış səviyyəsi yüksək olarkən, digərlərində bu göstərici xelyui aşağı olub.

Sovet İttifaqlının süqutundan sonra da hansı respubliakların büdcəyə daha çox dəstək olması, hansı ölkələrin isə mərkəzdən ayrılan dotasiya hesabına yaşaması müzakirə mövzusu olub.

Təəssüf ki, Sovet İttifaqının büdcəsinə ən çox maliyyə və vergi ödəyən Azərbaycan dotasiya alan respublikalardan, hətta Ermənistandan da daha aşağı həyat səviyyəsinə, maaşlara malik olub.

1990-cı ildə Sovet İttifaqının bütün müttəfiq respubliakları üzrə adambaşına düşən Ümumi Daxili Məhsulun həcmini təqdim edirik:

Rusiya – 17,5 min dollar

Latviya – 16,5 min dollar

Estoniya – 15,8 min dollar

Belarus – 15,6 min dollar

Litva – 13 min dollar

Ukrayna – 12,4 min dollar

Gürcüstan – 10,6 min dollar

Qazaxıstan – 10.1 min dollar

Moldova – 10 min dollar

Ermənistan – 9,5 min dollar

Türkmənistan – 8,6 min dollar

Azərbaycan – 8,3 min dollar

Qırğızıstan – 7,2 min dollar

Özbəkistan – 6,6 min dollar

Tacikistan – 5,5 min dollar

0