AFFA bir müddət əvvəl keçirdiyi təcili iclasda premyer-liqanın 4 klubuna maliyyə yardımı göstərilməsi ilə bağlı qərar qəbul etmişdi.
Həmin qərara görə "Qəbələ” və "Zirə”nin müraciətinə əsasən bu komandalara uyğun olaraq 1 milyon 500 min və 500 min manat yardım göstəriləcəkdi.
Elə həmin iclasın gedişində irəli sürülən digər təklif əsasında "Sumqayıt”a 300 min, "Səbail”ə isə 200 min manat yardım göstərilməliydi.
Görəsən, qeyd olunan məbləğlər klubların hesabına köçürülüb?
Bununla bağlı "Futbol+” qəzetinin əməkdaşları klublara sorğu göndərib. "Qəbələ" və "Zirə"nin mətbuat xidməti rəhbərlərinin sözlərinə görə, AFFA hələ də maliyyə yardımını yubadır. "Səbail" və "Sumqayıt" isə bir neçə gün ərzində bu sadə sualımıza cavab verə bilməyib. Daha doğrusu, bəlli olan mənfi cavabı səsləndirməyə cəsarətləri çatmayıb.