“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...”

SİYASƏT
11:47 / 08.09.2020
745

Ermənistan Livan ermənilərini işğal altında saxladığı Dağlıq Qarabağa və ətraf rayonlara yeləşdirməklə işğalı ilhaqa çevirmək istəyir.

Bu haqda türkiyəli təhlükəsizlik eksperti Şafak Mert “Cümhuriyyet” qəzetinə açıqlamasında danışıb.

Ekspert deyib ki, avqustun 4-də Beyrutda baş verən partlayışdan sonra Ermənistan livanlı ermənilərin Yerevana daşınmasını təşkil edib. Bu yolla Nikol Paşinyan Ermənistanın azalmaqda olan əhalisini xaricdən gətirilən ermənilər hesabına artırmağa çalışır. Lakin narahatlıq budur ki, həmin ermənilərin bir qismi işğal altındakı Azərbaycan ərazilərində yerləşdirilir.

“Paşinyanın yürütdüyü siyasət Azərbaycana bir qarış da olsun torpaq qaytarmamaqdır. Dağlıq Qarabağa Livandan, daha əvvəl isə Suriyadan gətirilib yerləşdirilən ermənilər Paşinyanın Qarabağın işğalını ilhaqa çevirmək siyasətinin alətidir”,-Şafak Mert deyib.

Ekspert onu da qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında son vaxtlar dərinləşən hərbi müttəfiqlik Ermənistan üçün kabus ssenarisi olmalıdır. Və buna cavab olaraq Ermənistanın Yunanıstan və yunan Kipri ilə üçtərəfli hərbi əməkdaşlığının ona heç bir faydası olmayacaq.

0
Virtualaz.org