Rusiyanın məşhur aktyoru Mixail Yefremov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bu ilin iyun ayında paytaxtın “Sadovoe koltso” ərazisində avtomobili ilə insan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən aktyor Mixail Yefremovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Moskvanın Presnenskiy Rayon Məhkəməsi alkoqollu vəziyyətdə sükan arxasına keçən və insan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən məşhur aktyor barəsində hökm çıxarıb. Hökmə əsasən, M. Yefremov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib .
Yefremov məhkəmə prosesi zamanı günahını etiraf etməyərək, qəza zamanı sükan arxasında olmadığını bildirib. Məhkəmə onun barəsində hökm çıxararkən aktyorun günahını etiraf etməyini də vurğulayıb.
Qeyd edək ki, M. Yefermovun vəkili azərbaycanlı Elman Paşayev olub. Paşayev məhkəmə prosesi müddətində aktyorun sükan arxasında olmaması barədə dəfələrlə vəsatət qaldırsa və şahidin olduğunu bildirsə də, məhkəmə vəkilin vəsatətini təmin etməyib.