Torpağa əkilib bitkiyə çevrilən qəzet: Bütün dünya təəccüb içindədir

ÖLKƏ
23:03 / 08.09.2020
980

Bir qəzet düşünün. Ağac kəsilmədən, yəni təbiətə zərər vermədən buraxılan qəzet. Bu cəhəti belə təqdirə layiqdir. Ancaq bununla da bitmir. Bu qəzet yerə əkildikdə tumurcuqlar verir. Necə?

Texnologiya sahəsindəki yenilikləri ilə ad çıxaran yaponlar ağacı kəsmədən çıxarılan, sonra torpaqla qarşılaşdıqda cücərib çiçəyə, tərəvəzə və ya ağaca çevrilən qəzetləri ilə gündəmdədir.

"Ətraf mühit qəzeti" adlanan “Mainiçi Şimbunşa” adlı qəzet ətraf mühitin qorunması adına o qədər diqqətli bir iş görüb ki, kağızından tutmuş mürəkkəbinə, istehsalından təbiətə çevrilməsinə qədər hər bir detal çox diqqətlə aparılıb.

Bitki mənşəli qəzet torpağa basdırıldıqda cücərir və təbiətlə birləşir. Qəzetin mürəkkəbi tərəvəzlərdən hazırlanır. Beləliklə, qəzet torpaqla qarışdıqda ora zəhərli bir maddə göndərilmir.

Tərəvəzdən hazırlanan mürəkkəbin başqa bir müsbət tərəfi də var. Gübrə rolunu oynayır və cücərən toxumların daha sürətli böyüməsinə imkan verir.

Bəs “Mainiçi Şimbunşa” niyə belə bir layihəyə başladı? Bir qəzet belə bir layihədən nə qazana bilər?

“Mainiçi Şimbunşa”, ətraf işi ilə tanınan “Dentsu Inc” agentliyi ilə işləyərək bu layihəni imzaladı. Layihə bir qəzetin, sadəcə məlumat verməsi üçün kifayət etmədiyini diqqətə çatdırır.

Bu layihə ilə qəzet insanların qlobal problemlərə qarşı laqeyd qalmamaq məqsədi daşıyır.

Sosial məsuliyyət kimi xarakterizə edilən bu layihə təsirli nəticələr verdi. Qəzetin tirajı gün ərzində 4 milyona çatdı. Bununla da 700 min dollardan çox qazanc əldə edildi.

Beləliklə, 1872-ci il fevralın 21-dən bəri yayımlanan “Mainiçi Şimbunşa” Yaponiyanın beş əsas milli qəzetindən biridir. Qəzetin mərkəzi ofisi Tokionun Çiyoda bölgəsindədir. Ölkənin ən qədim qəzetlərindən biri olan “Mainiçi Şimbunşa”nın tirajı 10 faiz artıb. Başqa sözlə, qəzet həyata keçirdiyi sosial məsuliyyət layihəsi ilə yanaşı, maliyyə mənfəəti də qazanıb.

0
Lent.az