50 min azərbaycanlı bu ölkənin vətəndaşlığını alıb

19:52 / 19.05.2020
1556

2020-ci ilin birinci rübündə 161 mindən çox əcnəbiyə Rusiya pasportu verilib.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatlarına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. 2015-2019-cu illər ərzində Rusiya vətəndaşlığı alan əcnəbilər arasında 49,7 min Azərbaycan vətəndaşının da adı var.

2015-c ildə Rusiya vətəndaşlığı almış şəxslərin sayı 209,8 min, 2018-ci il 269,4 min və 2019-cu ildə 497,8 min nəfər təşkil edir.

2020-ci ildə bu göstəricinin 600 min nəfəri keçəcəyi gözlənilir. Xüsusən, Ukrayna, Belarus, Moldova və Qazaxıstan vətəndaşlarının Rusiya pasportu alması sadələşdirilib.

2015-2019-cu illərdə 678,8 min Ukrayna, 187 min Qazaxıstan, 146,1 min Tacikistan, 104,6 min Ermənistan, 92 min Özbəkistan, 69,5 min Moldova, 49,7 min Azərbaycan, 38,7 min Qırğızıstan, 18,7 min Belarus sakini Rusiya vətəndaşlığı qəbul edib.

0
Modern.az