Azərbaycanda rayonlar biləşdirilərək vilayət sisteminə keçirilir? - AÇIQLAMA

SİYASƏT
21:37 / 09.09.2020
1500

Xəbər verdiyimiz kimi Gəncənin Nizami və Kəpəz rayonları ləğv edilərək idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi təklif olunur.Bundan əlavə deputat Vahid Əhmədov daha 5 rayonun Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzənin də birləşdirilməsi təklif edib. Bildirib ki, bu rayonlar vahid bir quberniya, ya da əyalət formasında birləşə bilər. Azərbaycanda daha hansı rayonlar birləşdirilə bilər?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib ki, bu gün gündəmdə bir çox məsələlər var ki, insanlar arasında və mətbuatda müzakirə olunmaqdadır:

"Əlbəttə ki, ilk öncə Dağlıq Qarabağ torpaqlarımızın düşmən tapdağından azad edilməsi, pandemiya qarşı müabrizə və cənab prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın Birinci vitse-prezidentinin göstərmiş olduğu hər tərəfli dəstəyi ilə aparılan reforum islahatlar var.
Bu islahatlar insanlarımız tərəfindən müsbət qarşılanmaqdadır. Bu proseslər içərisində, əlbəttə regionların sosial, siyasi və iqtisadi inkişafı ilə bağlı məsələlər qaçılmazdır. Dünya dövlətlərinə baxdığımız zaman bir çox ölkələrdə idarəetmə sistemi fərqlənir.
Azərbaycanda hazırda rayonlar səviyyəsində fəaliyyət göstərən bölgələrdə havanın neçə temperatur olacağı ilə bağlı hava proqnozunda məlumat verilir. Tarixə nəzər salsaq görərik ki, proses əslində bölgələr səviyyəsində mövcud olub. Bilirsiniz ki, qardaş Türkiyədə vilayətlər mövcuddur. Bu vilayətlər içərisində də kiçik rayonlar mövcud olur. Vilayətin valisi olur, içərisindəki rayonlara isə ilçə deyirlər.

Həmin ilçələrin başçıları qaymakan adlanır. Dolayısı ilə bu sistem dünyanın bir çox ölkəsində uğurla davam etdirilir. Mənim subyektiv fikirm ondan ibarətdir ki, gələckdə ölkəmizin milli maraqları, təhlükəsizlik strategiyası əsas götürülərək regionların iqtisadi, sosial baxımından daha optimal fəaliyyət göstərməsi, insanların tələb və təkliflərinə cavab vermək, bürokratik əngəllərin minimuma endirilməsi, get-gəllərin azadılması, bir-birini təkrarlanma sistemindən qurtulmaq və reform islahatların sürətlə davam etməsinə təkan verməsi üçün belə bir modelin, yəni Azərbaycanda rayonların vilayətlər formasında birləşdirilməsi daha məqsədəuyğun olardı. Əlbəttə ki, burada bir neçə əsas məsələni yaddan çıxartmaq olmaz. Belə ki, dövlətimiz ölkə başçımız cənab prezidentin rəhbərliyi ilə həm xarici, həm də daxili siyasətdə öz qətiyyətliyi ilə seçilir.

Xalqımız bu gün bir nəfər kimi dövlət başçısının ətrafında sıx birləşib. Təbii ki, bu da düşmənlərimizi və dövlətimizə qarşı qərəzli mövqe tutan qüvvələri narahat edir. Təəssüf ki, ölkəmizdə həm də müxtəlif yollarla çaxnaşma salmaq istəyən 5-ci kalonun nümayəndələri də var. Əminəm ki, hansı rayonların birləşdirmək mümkün olması və idarə edilməsi ilə bağlı əminəm ki, müvafiq dövlət orqanları milli təhlükəsizlik çalarlarını nəzərə alaraq addımlar atacaqlar. Belə bir vilayət mexanizması reform islahatların tərkibi və qaçılmaz hissəsidir.

3