3 gün ərzində Naxçıvana gediş-gəliş təmin olunsun - Deputatdan tələb

ÖLKƏ
11:47 / 19.05.2020
2112

“Bu gün pis vəziyyətdə qalan insanlar var. Ona görə təklif edirəm ki, təcili şəkildə 3-4 gün ərzində Naxçıvana gediş-gəliş təmin olunsun. Bir neçə gündən sonra təyyarə reyslərinin sayı azaldılsın". 

Bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında bildirib. Onun sözlərinə görə, Naxçıvana gediş-gəlişlə bağlı məsələ ciddi problemə çevrilib:
"Naxçıvanla əlaqələrin tamamilə kəsilməsi gələcəkdə ciddi problemə çevrilə bilər.
Digər tərəfdən ensklopediya sahəsində bizim problemlərimiz qalmaqdadır. Bu sahəyə çox naşı münasibət var. Bu sahədə nizam yaradılması çox vacibdir”.
0