“Bazarstore”da lift şaxtasında ölən qızla bağlı cinayət işı açıldı

ÖLKƏ
12:52 / 19.05.2020
1463

Mayın 10-da 1997-ci il təvəllüdlü Əliyeva Arzu Mübariz qızının satıcı işlədiyi Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən ərzaq mağazasında liftin şaxtasına yıxılaraq xəsarətlər alması, mayın 18-də isə müalicə aldığı xəstəxanada vəfat etməsi faktına görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


HİT.Az xəbər verir ki, iş üzrə prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.


Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Gəncə şəhər prokurorluğunun inzibati binasının fotosu qoşmada göndərilib.

0