Pilot maska taxmayan sərnişinə görə eniş etdi

DÜNYA
21:36 / 10.09.2020
900

Yaponiyada daxili uçuş zamanı maska taxmaqdan imtina edən sərnişin təyyarənin təcili enişinə səbəb olub.

Cebhe.info xəbər verir ki, pilotun maska taxmaq əmrinə tabe olmayan sərnişinə görə uçuş dayandırılıb. Nəticədə təyyarə yaxın ərazidə eniş edib və sərnişin düşürdülüb.

Bu səbəbdən təyyarə təyinat yerinə 2 saat gecikmə ilə çatıb.

0