“Pandemiya ilə bağlı rayonlarda internetlə bağlı problemə görə uşaqlar onlayn təhsildən kənarda qalıb”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Məşhur Məmmədov bildirib.
M.Məmmədov deyib ki, problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etsə də, ümumi cavablar verilir: “Belə olmaz. Əgər təhsil İnternet üzərindədirsə, İnternet yoxdursa, uşaqların gələcəyi necə olacaq?”