Bakıda avtomobillə motosiklet toqquşdu - ANBAAN VİDEO

20:01 / 10.09.2020
799

Bakıda baş verən daha bir motosiklet qəzası kameraya düşüb.

HİT.Az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə bir müddət əvvəl paytaxt küçələrinin birində baş verib. Baş yolla hərəkətdə olan motosikletçinin önünə "Hyundai Tucson" markalı avtomobil çıxır. Nəticədə qəza baş verir. Motosiklet sürücüsü xəsarət alır.

Hadisəni şərh edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, analoji qəzalar tez-tez baş verir.

"Səbəb isə sürücülərin yol hərəkəti qaydalarına riayət etməməsidir.

Baxın bu görüntülərdə "Hyundai" sürücüsü yolayrıcına tez daxil olur. Sanki motosiklet sürücüsünü görmür. Buna görə qəza baş verir. Amma çox vaxt motosiklet sürücüləri də qırmızı işıqda yolayrıcına daxil olurlar.

Yaxud da iki avtomobilin arasından keçir, səkiyə çıxırlar. Bütün bunlar isə təhlükə yaradır. Düşünürəm ki, bu cür görüntülər sürücüləri daha ehtiyatlı olmağa və qaydalara əməl etməyə sövq edəcək".

Videonu təqdim edirik:

0