10 manat nizamnamə kapitalı olan "Göygöl Təmir-Tikinti Təchizat T.R." MMC Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTB) daha bir böyük tenderini udub.
FED.az xəbər verir ki, şirkət Gəncə MKTB iləson üç ayda 2 müqavilə imzalayıb ki, bu müqavilələrin ümumi məbləği 1 milyon 402 min 394 manatdır.
Gəncə MKTB şirkətlə sentyabrın 10-da çoxmərtəbəli yaşayış binalarının liftlərində cari təmir işlərinin satınalınması üçün 316 min 320 manatlıq, iyunun 6-da küçələrin işıqlandırma sistemlərinin yenilənməsi işləri üçün 1 milyon 86 min manat 74 manatlıq müqavilələr imzalayıb.
Qeyd edək ki, şirkət 6 mart 2019-cu ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Eldəniz Zeynalov Məmməd oğludur.