Təhsil naziri intihara cəhd edən şagirdə baş çəkdi - FOTO

ÖLKƏ
17:43 / 10.09.2020
1596

Sentyabrın 10-da Təhsil naziri Emin Əmrullayev üç gün əvvəl müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Bakı şəhəri 313 nömrəli tam orta məktəbin şagirdi Solmaz Hacıyevaya baş çəkib. 

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məktəblinin müalicəsinin gedişi ilə maraqlanan Təhsil naziri şagirdin valideynləri və həkimlərlə görüşərək onlarla söhbət edib.

Emin Əmrullayev şagirdin tez sağalması və normal həyata qayıtması üçün lazımi dəstək göstəriləcəyini bildirib, ona Allahdan şəfa diləyib.

Qeyd edək ki, S.Hacıyeva sentyabrın 7-də  Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli məktəbdə intihara cəhd edib.

0