Abşeronda yol qəzası baş verib, xəsarət alan var - FOTO

09:08 / 11.09.2020
558

Novxanı-Binəqədi şossesində iki eyni markalı avtomobil toqquşub.

HİT.Az xəbər verir ki, qəzaya səbəb sürücünün əks yola çıxması olub.

Belə ki, “Mercedes” markalı avtomobil əks yola çıxarkən eyni markalı avtomobil ona çırpılıb.

Nəticədə qaydanı pozan avtomobildə olan bir sərnişin ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

0