Bakıda məscidin yanında yarım saat fərqlə İKİ QƏZA - FOTO

ÖLKƏ
11:15 / 11.09.2020
755

Səbail rayonu Yeni Salyan şossesi 22-də yarım saat fərqlə iki qəza hadisəsi baş verib.

Milli.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, qəza Bibiheybət məscidinin yaxınlığında qeydə alınıb.

Öncə "Toyota Land-Cruiser" markalı avtomobil işıqforun yaxınlığında "Opel" markalı avtomobillə toqquşub. Avtomobillərə ciddi ziyan dəysə də, qəza nəticəsində ölən və yaralanan yoxdur.

Hadisədən təxminən 30 dəqiqə sonra "Mercedes" markalı avtomobil başqa maşınla toqquşub.

Bu da hadisə yerindən fotolar:

0