Adil Qeybullaya Tofiq Yaqublunu müayinə etməyə İCAZƏ VERİLDİ

ÖLKƏ
13:40 / 11.09.2020
777

Penitensiar Xidmət həkim Adil Qeybullanın  Müsavat partiyasının üzvü Tofiq Yaqublu ilə görüşməsinə, onu müayinə etməsinə icazə verib.

HİT.Az-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, görüş bu gün saat 17:00-da olacaq. 

Qeyd edək ki, Tofiq Yaqublu 4 il 3 ay həbs cəzasına məhkum edilib. Qərar barədə apellyasiya şikayəti verilib.

Tofiq Yaqublu həbsinə etiraz əlaməti olaraq artıq 10-cu gündür aclıq aksiyası keçirir. Ailəsi onun durmunun yaxşı olmadığını bildirir.

0