Bakıda ehtiyatsızlıqdan adamöldürmədə ittiham edilən Şövqü Süleymanlı barədə qərar verilib.
HİT.Az report-a istinadən xəbər verir ki, Ş.Süleymanlı sentyabrın 8-də şübhəli şəxs qismində istintaqa cəlb olunub.
Sentyabrın 10-da isə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.