Parlament “əlil” ifadəsini ləğv etdi

ÖLKƏ
15:52 / 19.05.2020
1161
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
 
HİT.Az-ın xəbərinə görə, qanunda “əlil” ifadəsi əvəzinə “əlilliyi olan şəxs”, “əlillik qrupu” ifadəsi əvəzinə “əlillik dərəcəsi”, “qüsur” sözü əvəzinə “pozuntu” sözündən istifadə edilib.
 
Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
0