Yefremovun azərbaycanlı vəkili cinayət məsuliyyətinə cəlb ediləcək?

DÜNYA
21:09 / 12.09.2020
1015

Rusiyalı aktyor Mixail Yefremovun azərbaycanlı vəkili Elman Paşayev aktyorun müdafiəsindəki pozuntulara görə cinayət məsuliyyətinə cəlb edilə bilər.

Vəkil Andrey Knyazev “Komsomolskaya Pravda” radiosuna verdiyi müsahibədə belə bir fikir söyləyib.

O, sənətçinin hüquq müdafiəçisinin işə şahidlərinin yalan ifadələrini əlavə etdiyini bildirib.

“Çox güman ki, bir cinayət istintaqı olacaq. Bu üç şahid haradan gəldi?. Bu vəziyyətdə cinayət məsuliyyəti də tətbiq edilə bilər” deyib Knyazev.

Vəkilin sözlərinə görə, Paşayev proses iştirakçılarını təhqir etdiyinə, məhkəmədəki sərbəst davranışına, şəbəkədə yayılan gizli videolara görə məsuliyyətə cəlb edilməlidir.

 

0
konkret.az