Evinə “kupça” almaq istəyənlərin NƏZƏRİNƏ

ÖLKƏ
13:08 / 12.09.2020
2598

Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar açıqlanıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən HİT.Az-a verilən məlumata görə, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın 14-da Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1 156 ünvanında, sentyabrın 16-də Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 41B ünvanında, sentyabrın 18-də isə Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsi, 657 ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 16 ünvanda səyyar qəbulu aparılıb. Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

1