“Neftçi” - “Qalatasaray” matçıyla bağlı yenilik

İDMAN
15:03 / 12.09.2020
1091

Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” - “Qalatasaray” oyunu “Bakcell Arena”da keçirilməli idi. Lakin hər iki klubun razılığı ilə matçın Bakı Olimpiya Stadionunda (BOS) təşkil edilməsi barədə UEFA-ya müraciət olunub.

HİT.Az xəbər verir ki, Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.

Sentyabrın 17-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

0