Pandemiya dövründə dünya əhalisinin qazancı: Kim nə qədər xərcləyir?

İQTİSADİYYAT
19:15 / 12.09.2020
937

Koronavirus dünyanı öz təsiri altına almağa davam edərkən həyatımızda bir çox dəyişikliklərin baş verəcəyini, artıq heç nəyin əvvəlki kimi olmayacağını təxmin etmək o qədər də çətin deyil.

Pandemiyada ən çox zərər çəkən sahələr bir qismi də səhiyyə, iqtisadiyyat, idman, mədəniyyət və buna oxşar bir çox sahələr təsirləndi və təsirlənməyə də davam edir.

Bütün dünyanı təsiri altına alan koronavirus bəzi sahələrdə gəlirləri azaltsa da, bəzi sahələrdə gəlirlərin çoxalmağına da səbəb olub. Pandemiya müddətində ölkəmizdə əhali ən çox ərzaq məhsullarının alınmağına üstünlük verib. Hazırkı statistikaya əsasən, əhali qazancının 48, 9 faizini ərzaq mallarına xərcləyir.

Belə ki, 2020-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq, o cümlədən 13,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,8 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,3 faiz artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 dəfə çox olub.

Rəsmi məlumata görə, 2020-ci ilin yanvar-avqust aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,9 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2020-ci ilin yanvar-avqust aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 308,1 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 166,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq malları alıb.

Maraqlıdır, digər ölkələrdə əhali qazancını ən çox hansı sahəyə xərcləyir?

Cebhe.info mövzu ilə bağlı araşdırmanı təqdim edir.

Türkiyə əhalisinin pul xərclədiyi sahələrə nəzər saldıqda görürük ki, əhali qazancının 25,8 faizini kirayəyə xərcləyir. Türkiyə əhalisi qazancının 19,6 faizini spirtli içkilərə və tütün məhsullarına xərclənir. Burada əhali qazancının 1,8 faizini səhiyyəyə, 2,3 faizini isə təhsilə xərcləyir.

Almaniyada hər ailənin aylıq təxminən 4.474 avro qazancı olur. Vergi və digər əlavə xərcləri nəzərə almadıqda isə bu məbləğ 3.399 avroya düşür. Əhali gəlirinin təxminən böyük bir qismini şəxsi ehtiyaclarına xərcləyir. Bu da o deməkdir ki, əhali aylıq qazancının təxminən 2.517 avrosunu şəxsi ehtiyaclarına xərcləyir. Almaniya əhalisinin qazancının üçdə bir hissəsi, yaxud dörddə bir hissəsi isə kirayə puluna xərclənir.

Qeyd edək ki, kirayəyə xərclənən vəsait Almaniyanın ərazisinə görə, evin yerləşdiyi əraziyə görə dəyişir. Almaniya əhalisi gəlirinin sadəcə 13,8 faizini ərzaq mallarına xərcləyir.

Əhalinin boş vaxtlarında əyləncəyə, gəzməyə xərclədiyi məbləğ isə ümumi qazancın 10,3 faizini təşkil edir. Almaniya əhalisi gəlirinin ən az qismini isə təhsilə xərcləyir. Belə ki, onlar ortalama qazancın 0,7 faizini təhsilə xərcləyirlər. Almaniyada gəlirin 4,4 faizi isə geyimə olan təlabatın qarşılanması üçün nəzərdə tutulur. Nəticədə belə qərara gəlirik ki, Almaniya əhalisi qazancının böyük bir qismini kirayə evlərə xərcləyir.
Fransız xalqı isə Almaniya əhalisindən fərqli olaraq kirayəyə ümumi qazancın yüzdə 20 faizini belə xərcləmir. Demək olar ki, Britaniya əhalisinin ərzaq məhsullarına, yeməyə xərclədiyi vəsait isə Almaniyada xərclənənlə eynidir. Yəni onlar ümumi qazancın təxminən 13,8 faizini yeməyə xərcləyirlər.

Britaniya xalqı boş vaxtında əyləncəyə xərclədiyi gəlir daha Almaniya əhalisindən daha çoxdur. Belə ki, Britaniyada əhali qazancının yüzdə 15 faizini asudə vaxtlarında gəzməyə, əylənməyə xərcləyir.

Ümumi dünya üzrə statistikaya nəzər saldıqda deyə bilərik ki, geyimə ən çox vəsait xərcləyən əhali İtaliyanlardır. Belə ki, İtaliya əhalisinin geyimə xərclədiyi vəsait Almaniya əhalisinin geyimə xərclədiyi məbləğdən 2 qat çoxdur.

Dünyada ən çox pul xərcləyən əhalidən biri də Çinlilərdir. Çinlilər qazanclarının böyük bir qismini səyahətə, gəzməyə xərcləyirlər. Belə ki, yalnız 2016-cı ildə 1 milyard 400 milyon əhalisi olan ölkədə 180 milyon Çinli vətəndaş səyahətə gedib. Statistikaya görə, bu zaman səhayətə çıxan əhali 261 milyard dollar pul xərcləyib. Həmin ilin statistikasına görə, turizm sahəsində ən çox xərc çəkən ölkə Çin olub. Daha sonra Amerikalılar 122 milyard dollar, Almanlar 81 milyard dollar, İngilislər 64 milyard dollar, Fransızlar isə 41 milyard dollar səyahətə pul xərcləyib turizmə ən çox pul xərcləyın əhalinin statistikasına daxil olarkən Ərəblər siyahıya girə bilməyiblər.

Semra Ələkbərli
Cebhe.info

0