AMEA yataq ləvazimatları alır - 8 min manata

ÖLKƏ
11:50 / 14.09.2020
731

Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası keçirdiyi kotirovka sorğusunun nəticəsini açıqlayıb. 

“MediaPost” xəbər verir ki, qurum yumşaq inventar, yataq ləvazimatları, xüsusi geyimlər və digər malların alınması üzrə “SM Construction Supplies” MMC ilə 37 998.36 AZN dəyərində iki müqavilə imzalayıb. Yumşaq inventar, yataq ləvazimatları, xüsusi geyimlər üzrə qalib şirkətə 7999.22 manat, digər mallara görə 29999.14 manat ödəniş edilib. 

Qeyd edək ki, “SM Construction Supplies” MMC 20 avqust 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, ev 70, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Heydərli Ehtiram Etibar oğludur.

0