Balaxanı – Avropanı xatırladan ekzotik qəsəbə (VİDEO)

ÖLKƏ
19:52 / 14.09.2020
1384

Son zamanlar bu qəsəbənin adını tez-tez eşidirsiniz. Sosial şəbəkələr bu ekzotik məkanda çəkilmiş fotolarla doludur. Gənclər sanki Balaxanıda foto çəkirmək yarışına girişiblər. Həftənin bazar günü yolumuzu Balaxanıdan saldıq. Gördüklərimizi sizinlə də bölüşürük.

Balaxanı bala və xana sözlərindən ibarət olub, bala böyük və ya hündür, xana isə ev mənasını verir. Balaxana karvansarayların giriş qapılarının üstündəki kiçik otaqlara deyərlərmiş. Hazırda bu cür kiçik otaqlardan Atəşgahın və Səngəçaldakı 15 əsr karvansarayının qapısının üstündə qalıb. Balaxanı insanların yaddaşında neft bumu ilə qalsa da, son illər daha çox yaxınlıqdakı zibil paleqonu ilə xatırlanırdı. Lakin bu artıq keçmişdə qaldı. Zibil paleqonu müasir zovada, Balaxanı qəsəbəsinin küçələri isə Avropa turizm marşrutlarını xatırladır.

atv.az

0
Atv.az