Yeni Azərbaycan Partiyasının (YAP) Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
HİT.Az xəbər verir ki, bu barədə “Report”a YAP-ın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.
H.Paşayev bildirib ki, bu vəzifəyə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov təyin olunub:
“O, vəzifəsini ictimai əsaslarla yerinə yetirəcək”.
Qeyd edək ki, A.Hüseynov Milli Məclisin deputatıdır.