AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın II turu ilə bağlı qərarlar qəbul edilib.
“Keşlə” – “Qarabağ” oyununda Ağdam təmsilçisi AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirmədiyi üçün klub 800 manat cərimə olunub.
Son ölkə çempionu stadiona təyin olunan vaxtdan gec gəlib və bu səbəbdən 800 manat ödəməli olacaq.
“Neftçi” – “Sumqayıt” qarşılaşmasında paytaxt klubunun futbolçusu Anton Krivotsyuk qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəza ilə üzləşib, klub 200 manat cərimə olunub.
"Zirə"nin 4 oyunçusu "Səbail"lə matçda sarı vərəqə ilə cəzalandırılıb, qəsəbə təmsilçisi 800 manat cərimə ilə üzləşib.
“Sabah” – “Qəbələ” oyununda “Sabah”ın üzvü Slavik Alxasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıb. Futbolçuya 1 oyun cəza, kluba isə 200 manat cərimə kəsilib. Əyalət təmsilçisinin 5 futbolçusu sarı vərəqə alaraq klubu 800 manat ziyana salıb.