Məlum olduğu kimi, Azərbaycanda mart ayından etibarən koronavirus pandemiyasına görə xüsusi karantin rejimi tətbiq edilib və bu rejim çərçivəsində bəzi qaydalar məcburi xarakter daşıyıb. Bu qaydalara əməl olunması və buna nəzarət mexanizminin yaradılması üçün qanunvericiliyə də bəzi dəyişikliklər olunub. Karantin zamanı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə inzibati məsuliyyət müəyyən olunub. Bu qaydanı pozduğu üçün cərimə olunan sadə vətəndaşlarla yanaşı, qanuna riayət etməyən böyük və tanınmış şirkətlər də var.
Qanunun icrasına nəzarət edən Daxili İşlər Nazirliyinin əməkdaşları reydlər zamanı şirkətlərə məxsus ictimai müəssisələrdə pozuntular aşkar etdiyi üçün həmin qurumlar məsuliyyətə cəlb edilərək cərimə olunublar.
Siyahıda qeyd olunan şirkətlərin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə protokol tərtib olunaraq 400 manat məbləğində cərimə olunublar.
Həmin şəxslər barəsində qərara baxılması üçün işlər müvafiq rayon məhkəmələrinə göndərilib. Qeyd edilən şirkətlərin əksəriyyətinin bir neçə mağaza və ya filialı olduğu üçün onlar bir neçə dəfə cərimə olunublar.
Həmin şirkətləri təqdim edirik:
1. "VMF" ŞİRKƏTİ
2. "İSTANBUL KLİNİKA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
3. “AZƏRBAYCAN RESTAURANTS” MMC (Chinar, Movida, Hard Rock, Paris Bistro, Tosca, Pasifico, Buddha Bar, Elektra və digər restoranlar)
4. "ANC GROUP" MMC (“Rahat” marketlər şəbəkəsi)
5. "İSTANBUL NS KLİNİKASI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
6. "LUKOYL-AZƏRBAYCAN" QAPALI SƏHMDAR CƏMİYYƏTİ
7. "PLANET PARNİ İZ BAKU LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti
8. "ÖZSÜT AZERBAİJAN" Məhdud Məsuliyyətli Cəmiyyəti
9. "CASPİAN İNTERNATİONAL HOSPİTAL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
10. "ZEYTUN PHARMACEUTİCALS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
11. "İNCİ GROUP OF COMPANİES" QSC (“Ofisait”,“Oyal” və digər mağazalar şəbəkələri)
12. "AMBURAN İK" MMC (Beach Club)
13. "MILLI-AZ MMC" Məhdud Məsuliyyətli Cəmiyyəti
14. "KASPİ BAYIL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
15. "AZƏR-ŞƏRAB-İ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
16. "AZGRANATA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
17. "BUTA FARM" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
18. “MAYOMED” Klinikası
19. "VİTA APTEKLƏRİ" Məhdud Məsuliyyətli Cəmiyyəti
20. “DOKTA” MMC dərman şirkəti
21. "ŞAHDAĞ-E" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
22. "LİMAK VM" MMC kuryer şirkəti
23. "FIZZA BOUTIQUE" MMC kuryer MMC marketlər şəbəkəsi
24. "AL MARKET" mağazalar şəbəkəsi
25. "OBA MARKET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
26. "FORİELLA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
27. "ŞTUTQART" mağazalar şəbəkəsi
28. "ŞƏRQMOTORS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
29. "EUROCLİMA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
30. "BÜYÜKFIRAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
31. "OPTİMAL ELEKTRONİKA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
32. "SOLİTON LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
33. "FOKUS OPTİKA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
34. "AXA MBASK" SIĞORTA ŞİRKƏTİ
35. "MAYMED-AVİS" MMC (“Avis” apteklər şəbəkəsi)
36. "SAHİL İNN HOTEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
37. “SUPERTOYS” mağazalar şəbəkəsi
38. "AK ÖZEROL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
39. "MB-MOTORS " Məhdud Məsuliyyətli Cəmiyyəti
40. "ARAD KEYVVAN" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
41. "MAHKAM STONE SAM BAKU" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
42. "BAKI SÜD CO" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ