Demoqrafik göstəricidə kəskin fərq - oğlanlar qızları üstələdi

ÖLKƏ
17:06 / 15.09.2020
631

Bu ilin yanvar-iyul ayları әrzindә Әdliyyә Nazirliyinin rayon (şәhәr) qeydiyyat şöbәlәri tәrәfindәn 70390 doğulan körpә qeydә alınıb.

Dövlət Statistika Komitəsindən (DSK) HİT.Az-a verilən məlumata görə, әhalinin hәr 1000 nәfәrinә bu göstәrici 12,1 tәşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isә qız uşaqlarıdır. Körpәlәrdәn 1896-sı әkiz, 69-u isә üçәm doğulanlardır.

0