Baş Prokurorluq deputatın fəaliyyətinə 3 gün ərzində xitam verə bilər

ÖLKƏ
15:09 / 16.09.2020
922

Etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə məsuliyyətə cəlb olunmaya bilər.

HİT.Az xəbər verir ki, bu barədə Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsi qeyd edilib.

Layihədə bildirilib ki, etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə, səmimi peşmanlıq və bu barədə yazılı üzrxahlıq təqdim etdikdə məsuliyyətə cəlb olunmaya bilər.

Qeyd edək ki, layihə sentyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclasında müzakirəyə çıxarılacaq. 

0