Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Tural Əhmədov Goranboy rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o, bu təyinata qədər həmin şöbədə narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.
Unikal.org