“Bu gördüyünüz Buzovna qəsəbəsində 2 hektardan çox ərazidə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədovun malikanəsidir”.
Bu sözləri jurnalist Həbib Müntəzir özünün sosial şəbəkə hesabında qeyd edib. Özünü “təmiz məmur” kimi qələmə verən Əli Əhmədovun əslində kifayət qədər imkanlara və sərvətə malik olduğunu qeyd edən Həbib Müntəzir daha sonra yazır:
“Özü və ailəsinə aid 6-7 mənzilin olduğu ərazidə 2 ədəd hovuz mövcuddur. Yaxınlığında bacısı Şuranın da bağ evi var. Bu qədər sərvət azmış kimi, işlətdiyi fəhlələrin də pulunu vermədən, təmirdən sonra təhdid edərək qovmuş adamdır, çıxıb ədalətdən, qanundan nağıl danışır”.
O, eyni zamanda Əli Həsənov və digərlərinin Əli Əhmədovun sözügedən bağında tez-tez toplaşdıqlarını da vurğulayıb:
“İstirahət günləri ora tez-tez Əli Həsənov, Bahar Muradova, Siyavuş Novruzov, Mübariz Qurbanlı, Məzahir Pənahov, Zahid Oruc və digərləri yığışırlar.