Azərbaycanda tarixi abidələrin yeni siyahısı tərtib olunacaq

ÖLKƏ
16:38 / 17.09.2020
649

“Mədəniyyət sahəsi dövlətin dəstəyinə ehtiyac olan sahədir. Ancaq biz istəyirik ki, özəl sektoru bura cəlb edək. Bu zaman da təklif edirik ki, həmin özəl sektora vergi güzəştləri tətbiq olunmalıdır”.

Modern.az xəbər verir ki, bunu Mədəniyyət naziri əvəzi Anar Kərimov Milli Məclisdə deyib. O bildirib ki, cəmiyyəti narahat edən tarixi və mədəni abidələr məsələsidir:

“Bununla bağlı çoxsaylı müraciətlər alırıq. Ancaq hamısını birdəfəlik həll etmək mümkün deyil. İlk növbədə, abidələrlə bağlı yenidən reyestr işlənməlidir. Sonuncu reyestr 2001- də tərtib edilib. Bərpa olunası abidələrimiz çoxdur. Biz məhdud maliyyə resurslarımızla abidələrin hamısını bərpa edə bilmərik. İlk növbədə beynəlxalq meyara cavab verən siyahı tərtib olunacaq və ardıcıllıqla bu işlər həyata keçiriləcək”.

1