Fələstin İsrail və ABŞ-la imzaladığı bütün sazişlərdən çıxdı

DÜNYA
20:19 / 20.05.2020
1192

Fələstin İsrail hökumətinin bu ölkənin torpaqlarını öz ərazisinə birləşdirmək niyyəti fonunda İsrail və ABŞ-la bütün sazişləri pozması barədə qərar qəbul edib.


Bu barədə "Al-Cazirə" telekanalının birbaşa yayımında Fələstin milli administrasiyasının başçısı Mahmud Abbas bildirib.


"Fələstin Azadlıq Təşkilatı və Fələstin dövləti bü gündən ABŞ və İsrail hökumətləri ilə təhlükəsizliklə bağlı olan razılaşmalarla üzərinə götürdüyü bütün öhdəliklərdən çıxır", - Abbas deyib.


Fələstin lideri bü gündən İsraili "Fələstinin işğal edilmiş ərazisindəki işğal qüvvəsi" kimi beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşımağa çağırıb.

0
Virtualaz.org